Avro-2020 azarkeşlərsiz keçirilə bilər
Bizi izləyin

İdman

Avro-2020 azarkeşlərsiz keçirilə bilər

UEFA-nın Avro-2020-yə azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlı qərarını nə vaxt açıqlayacağı bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə Avro-2020-nin təşkilat komitəsinin saytında məlumat yayılıb.

“Avropa çempionatının hansı ssenari ilə keçiriləcəyi barədə qərar 2021-ci ilin martın 5-də qəbul ediləcək”, - deyə təşkilat komitəsindən bildirilib.

Hazırda təşkilat dörd ssenarini müzakirə edir: stadionların tam doldurulması, 50-100 faiz azarkeş, 20-30 faiz azarkeş və azarkeşsiz.

Xatırladaq ki, turnir 11 iyun-11 iyul tarixlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm