İdman
Nazirlikdə üzgüçülük üzrə çempionat keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun avqust ayı üçün nəzərdə tutulan çempionatı Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsində üzgücülük üzrə keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu gün baş tutan yarışda nazirliyin 21 komandası və 42 nəfər iştirak edib. İSK-nın rəisi, polkovnik Füzuli Musayev iştirakçıları salamlayıb və yarışda uğurlar arzu edib. Çempionatın baş hakimi Vaqif Hüseynovun işarəsi ilə yarışa başlayan iştirakçılar 50 metr, 100 metr və şəxsi hesabda 50 metr məsafəyə üzərək qalibiyyət uğrunda yarışıblar.
Gərgin şəraitdə keçən çempionatda həm şəxsi hesab, həm də komanda hesabında qaliblər müəyyən olunub. Komanda olaraq birinci yerə Mülki Müdafiə Qoşunları, ikinci yerə Dövlət Sularda Xilasetmə Xidməti, üçüncü yerə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.
Şəxsi hesabda 1-ci yerə Kırılov Boris, ikinci yerə Britvin Emin, üçüncü yerə Cəfərzadə Mamed layiq görülüb. Füzuli Musayev qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edib.
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ