Rəcəbov yeni turnirə başlayır: erməni rəqibi...
Bizi izləyin

İdman

Rəcəbov yeni turnirə başlayır: erməni rəqibi...

“Champions Chess Tour” onlayn turniri bu gün başlayacaq.

Publika.az bu barədə “Chesspro.ru” portalına istinadən xəbər verir.

Bildirilir ki, onlayn şahmat iki mərhələdə keçiriləcək: birinci mərhələdə qrossmeysterlər dairəvi sistemdə oynayacaq, ikinci mərhələdə 8 ən yaxşısı nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Hər bir nakaut mərhələsində 4 sürətli oyundan 2 qarşılaşma oynanılacaq, tay-breyk - 2 blits oyunundan ibarət olacaq.

Mükafat fondu 100 min dollar olan turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Teymur Rəcəbov (Azərbaycan), Maksim Vaçiyer-Laqrave (Fransa), Din Liren (Çin), Hikaru Nakamura (ABŞ), Lenier Dominqez (ABŞ), Aleksandr Qrisçuk (Rusiya), Ian Nepomniaççi (Rusiya), Jan-Krzisztof Duda (Polşa), Daniil Dubov (Rusiya), Vesley So (ABŞ), Aniş Ciri (Hollandiya), Santoş Vidit (Hindistan), Sam Şhenkland (ABŞ), Mattiyas Blubaum (Almaniya) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.

Turnir fevralın 14-də başa çatacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm