Messi Raulun rekordunu yenilədi
Bizi izləyin

İdman

Messi Raulun rekordunu yenilədi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.

Publika.az xəbər verir ki, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 33 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Bununla da Messi İspaniya "Real Madrid"inin və Almaniya "Şalke"sinin keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm