Messi Xavinin rekordunu təzələdi
Bizi izləyin

İdman

Messi Xavinin rekordunu təzələdi

İspaniya La Liqasının XXVII turunun "Ueska" ilə ev oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 767-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu təkrarlayıb.

Hazırda qarşılaşmada ilk hissə oynanılır və meydan sahibləri 34 yaşlı forvardın 13-cü dəqiqədə vurduğu qolla hesabda öndədir - 1:0.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm