İdman
"Ana-bacı qatilinin mənə "qardaş" deməsini qəbul edə bilmərəm"
"Futbol siyasətdən uzaq olmalıdır. Burada nə pis, nə də yaxşı şey görürəm. Artıq biz qalib xalqıq".
Publika.az xəbər verir ki, bu fikirləri AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan millisinin üzvü Aleksey İsayevin instaqramda Erik Avetyan adlı erməni istifadəçiyə qardaş deməsinə münasibət bildirərkən deyib.
56 yaşlı mütəxəssis bildirib ki, ermənilərin təbrik və tənqid etmələrinə normal baxmalıyıq: "Çünki bizim başımız yuxarıdır. Hər deyimi qəbul etməliyik: yaxşını da, pisi də.
O, pis deyirsə, biz pis olmuruq. Biz onsuz da qalibik. Əvvəlki vəziyyət olsaydı, sizinlə tamamilə razılaşardım, içimizdə revanşizm ola bilərdi ki, torpaqlarımız işğaldadır.
Amma indi biz onlardan qat-qat yuxarıdayıq. Aşağıdakının nə deməsi o qədər də önəmli olmamalıdır".
Diniyevin sözlərinə görə hamının fikirləri fərqlidir: "Bu məsələni Alekseyin özündən soruşmaq və müəyyənləşdirmək lazımdır. Hərənin bir fikri var.
Şəxsən özüm uşaqlarımızın, ana-bacılarımızın, oğullarımızın qatilinin mənə "qardaş" deməsini qəbul edə bilmərəm.
Nəinki mənə, heç bir Azərbaycan xalqının övladına. Mən də ona eyni cür müraciət etmərəm. Mənə qardaş, dost və yoldaş ola bilməz".(Report)
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar

































.jpg)