“Neftçi” “Zirə”ni darmadağın edib “Qarabağ” ilə xal fərqini azaltdı
Bizi izləyin

İdman

“Neftçi” “Zirə”ni darmadağın edib “Qarabağ” ilə xal fərqini azaltdı

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

Publika.az xəbər verir ki, son oyun günün iki görüşdən keçirilib. Günün ilk matçında "Sabah" "Keşlə"nin qonağı olub. Oyunda qol vurulmayıb.

Turun mərkəzi oyununda isə "Neftçi" "Zirə"ni qəbul edib. Meydan sahibləri rəqiblərini 4 cavabsız qolla darmadağın edərək lider "Qarabağ" ilə xal fərqini birə endiriblər.

17 aprel (şənbə)

20:15. “Neftçi” – “Zirə” - 4:0

Qol: Namiq Ələsgərov, 47, Mirabdulla Abbasov, 74, Namiq Ələsgərov, 77, Stiven Monroz, 90+2

18:00. “Keşlə” – “Sabah” - 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm