İdman
“Neftçi” klubunun Müşahidə Şurasının iclası keçirildi
Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Publika.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər.
Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.
Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib.
Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO



































