FIFPro “Bayern”i ittiham etdi: Bu, əlaqələndirilmiş bir strategiyadır
Bizi izləyin

İdman

FIFPro “Bayern”i ittiham etdi: Bu, əlaqələndirilmiş bir strategiyadır

FIFPro “Bayern”i ittiham etdi: Bu, əlaqələndirilmiş bir strategiyadır

Dünya futbolçular ittifaqı FIFPro yarımmüdafiəçi Camal Musiala ilə bağlı vəziyyətə görə “Bayern” rəhbərliyini tənqid edib.

İldə təxminən 25 milyon avro qazanan oyunçuya huşunu itirməsinə səbəb olan nevroloji xəstəlik diaqnozu qoyulub. Daha əvvəl Münhen klubunun müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge oyunçunun əvvəlki səviyyəsinə qayıtması ehtimalının az olduğunu nəzərə alaraq müqaviləsini yenidən müzakirə etməyə çağırıb.

Publika.az xəbər verir ki, FIFPro-nun rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir:

“FIFPRO, “Bayern” rəhbərliyinin Camal Musiala zədədən qayıtdıqdan sonra onun müqaviləsini şübhə altına alan dəfələrlə verdiyi açıqlamalardan dərin narahatlıq keçirir. “Bayern” klubunun fəxri prezidenti, baş direktoru və keçmiş baş direktoru Musiala ilə bağlı şübhələrini açıq şəkildə ifadə ediblər. FIFPRO hesab edir ki, bu, hər hansı danışıqlardan əvvəl Musiala və onun nümayəndələrinə təzyiq göstərmək üçün əlaqələndirilmiş bir strategiyadır. “Bayern” kimi bir klub nə baş verdiyini başa düşməlidir.”

“Bayern”in Musiala qayğı göstərmək məsuliyyəti var. Peşəkar futbolda oyunçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik, xüsusən də zədədən sağalarkən onun ruhi sağlamlığına mənfi təsir göstərə bilər. Musialanın sağlamlığı və gələcəyi ilə bağlı ictimai müzakirələr ona qarşı təzyiqi daha da artırır. Müqaviləsi ilə bağlı hər hansı bir sual onunla və nümayəndələri ilə fərdi şəkildə müzakirə olunmalıdır.

Müqavilələrə hörmət edilməlidir. Zədə və ya performansın azalması kluba müqaviləni yenidən müzakirə etmək üçün əsas vermir, necə ki, bir sıra görkəmli oyunlar oyunçuya avtomatik olaraq maaş artımı hüququ vermir. FİFA səviyyəsində klublar, liqalar və oyunçular həmkarlar ittifaqları müqavilə sabitliyinin oyunun əsas prinsipi olduğu barədə razılığa gəliblər. Bu, həm klubları, həm də oyunçuları qoruyur. FIFPRO Camal Musiala və öhdəliklərini yerinə yetirən bütün oyunçuları dəstəkləyir. Biz onların işəgötürənlərindən də eyni şeyi gözləyirik”.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm