Rusiya klubu 21 yaşlı azərbaycanlı futbolçunu transfer etdi - FOTO
Bizi izləyin

İdman

Rusiya klubu 21 yaşlı azərbaycanlı futbolçunu transfer etdi - FOTO

"Ximki" daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

Publika.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son olaraq "Olimp-Dolqoprudni"də çıxış etmiş İlya Sadıqovla anlaşıb.

"Ximki" 21 yaşlı vingerlə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Sadıqov yeni klubunda azərbaycanlı hücumçu Kamran Əliyevlə birgə çıxış edəcək.

İlya "Olimp-Dolqoprudnıy"ın kapitanı olub. O, başa çatan mövsümdə 25 matçda 4 qol vurub.

"Olimp-Dolqoprudni" Peşəkar Futbol Liqasının qalibi olub və 2021/2022 mövsümündə Milli Futbol Liqasında (səviyyəcə ikinci liqa) iştirak hüququ qazanıb.

Komandanın heyətində "Neftçi"nin sabiq futbolçsu Samir Məsimov da yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm