Fuad Babayev Asen Asenovu MƏĞLUB ETDİ
Bizi izləyin

İdman

Fuad Babayev Asen Asenovu MƏĞLUB ETDİ

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Publika.az verilən məlumata görə, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkib. İdmançımız rəqibini 5:0 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-na təsadüf edəcək.

Yığmamızın digər üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlub olub.

Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm