İdman
Ermənilər, cavab verməlidirlər və verəcəklər - Prezident
Bizim meşələrimiz ermənilər tərəfindən məhv edilib. İndi bizim “Azərkosmos”un fotoları var - işğaldan əvvəl neçə min hektar meşə altında idi və indi nə qədərdir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni, kəsiblər. Kəsiblər, talayıblar, aparıblar. Eşitdiyimə görə orada parket işləri, bu biznes çox sürətlə gedirdi. Bu da talançılıqdır. Bu talançılığa görə də cavab verəcəklər.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.
Ermənilərin çaylarımızı zəhərlədiklərini, Oxçuçayı zəhərləyənin yenə də xarici şirkət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, o şirkət də cavab verməlidir və verəcəkdir. “Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.
Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?