Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxacaq
Bizi izləyin

İdman

Azərbaycan millisi Avropa çempionatında növbəti oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı

A qrupu

20:00. Azərbaycan - Bosniya və Herseqovina

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm