"Liverpul" - "Çelsi" oyununda qalib müəyyənləşmədi
Bizi izləyin

İdman

"Liverpul" - "Çelsi" oyununda qalib müəyyənləşmədi

Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III turun növbəti maraqlı görüşü keçirilib.

Publika.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada "Liverpul" klubu "Çelsi" komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesab 22 dəqiqədə açılıb. Kay Havers “Çelsi” azarkeşlərini sevindirib. “Liverpul” qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah (45+4) komandasının bərabərlik qolunu vurub.

“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar. Qeyd edək ki, bu, “Everton” və “Vest Hem”in xallarının sayına bərabərdir. Bu komandalar hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm