İdman
MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb.
Publika.az xəbər verir ki, kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallardan 6-sı qızıl, 4-ü gümüş, 12-si bürünc əyarlıdır.
Hazırda Azərbaycan 38 medala (24 qızıl, 6 gümüş, 8 bürünc) malik Rusiyadan sonra ikinci yerdə gedir.
xxx
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının ikinci gününün yarışlarına yekun vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan komandası ikinci gün aktivinə daha 15 medal əlavə edib. Belə ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan qadın boksçularımız Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib. Bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib olublar.
Turnirdə qadın güləşçilərimiz Şəhanə Nəzərova (50 kq) gümüş, Tatyana Varansova (53 kq) və Birgül Soltanova (65 kq) bürünc medal qazanıblar.
Sərbəst güləşçilərimizdən isə Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) çempion olublar. İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) ikinci, Əliabbas Rzazadə (57 kq), Sabir Cəfərov (65 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışın birinci günündə yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Qurban Qurbanov (72 kiloqram) ikinci, Nihat Məmmədli (60 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) isə üçüncü yeri tutublar.
Beləliklə, bu nüfuzlu turnirdə uğurla çıxış edən komandamız ümumilikdə 21 medala (6 qızıl, 4 gümüş, 11 bürünc medal) sahib olub. Bu nəticə ilə Azərbaycan yığması Rusiyadan (21 qızıl, 6 gümüş, 6 bürünc medal) sonra ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)













.jpg)



.jpg)

