İdman
Boksdan qızıl medal gözləmirdim – Ağacan Abıyev
“Tokio-2020 Yay Olimpiya Oyunlarında lisenziya qazanmış və yarışlara qatılan boks yığmamızın heç bir üzvündən qızıl medal gözləmirdim”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abıyev deyib. O bildirib ki, boksda qızıl medal qazanmaq şansımız o qədər də çox deyil:
“Doğrusunu deyim ki, medal gözləyirdim. Bu, gümüş və bürünc medallar ola bilərdi. Amma qızıl medal gözləmirdim. Çünki bizim əhalimizin sayı indi 10 milyondur. Bir neçə il əvvəl 6-7 milyon idi. SSRİ kimi 250 milyonluq ölkə olimpiadalardan boks üzrə 1-2 qızıl medal ancaq gətirə bilirdi. Elə bilirsiniz qızıl medal gətirmək asandır?! Çətindir, çox çətindir. Dünyada boksun inkişaf etdiyi ölkələr var. Onlar da istədikləri nəticələri əldə edə bilmirlər. Bilirsiniz, bu, idmandır, hər cür nəticə qeydə alına bilər. Paralimpiyaçılarımızın uğurlarına çox sevindim. Azərbaycanda paralimpiya hərəkatı yeni mərhələyə qədəm qoyur. Bu istiqaməti daha da inkişaf etdirmək lazımdır. Müharibədə yaralanmış uşaqlar bu istiqamətə yönəldilməlidir. Belə olan halda daha uğurlu nəticələrə imza ata bilərik”.
Qeyd edək ki, pandemiyaya görə bu il baş tutan Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının üzvləri 3 gümüş və 4 bürünc olmaqla, 7 medal qazanıblar. Boksdan yeganə medalı milliləşdirilmiş kubalı boksçumuz Loren Alfonso ən yüngül çəki dərəcəsində komandamıza qazandırıb. O, bürünc medalla qane olub.
Tural Turan
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat















.jpg)




















