Millimizin daha bir oyunu təxirə salındı - BU SƏBƏBDƏN
Bizi izləyin

İdman

Millimizin daha bir oyunu təxirə salındı - BU SƏBƏBDƏN

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Publika.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm