Şahmat üzrə xatirə turnirinin qalibləri məlum oldu
Bizi izləyin

İdman

Şahmat üzrə xatirə turnirinin qalibləri məlum oldu

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.

Publika.az xəbər verir ki, məktəblilər arasında təşkil edilən klassik turnirdə 9 rayon və şəhərdən 100-dən çox şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında ilk üç yeri Cahandar Azadəliyev, Süleyman Süleymanlı və Kamal İsfəndiyarlı tutublar. Qızlar arasında isə Aysel Rəhimova, Xanım İsmayılova və Aysel Cəfərova fərqləniblər. On iki yaşadək şahmatçılar arasında isə Rüstəm Rüstəmov qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm