"Keşlə" transferə çıxardığı legioneri geri qaytardı
Bizi izləyin

İdman

"Keşlə" transferə çıxardığı legioneri geri qaytardı

"Keşlə" klubu ötən mövsümün sonunda transferə çıxardığı futbolçusu Con Kamaranı yenidən heyətə cəlb edib.

Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

41 yaşlı mütəxəssisin sözlərinə görə, müqavilə ilə paytaxt təmsilçisinə məxsus olan sierra-leoneli yarımmüdafiəçi özünə yeni klub tapa bilmədiyi üçün geri qayıdıb.

Qeyd edək ki, Con Kamara 2019-cu ilin qışından "Keşlə"də çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm