İdman
"Qarabağ" pley-offa vəsiqəni təmin edə bilər
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Publika.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntyan idarə edəcək.
"Kayrat"la oyun öncəsi Ağdam klubunun heyətində 3 itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero sıraya yenicə qayıtdığı üçün Qazaxıstana aparılmayıb. Bundan başqa, "Neftçi" ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra sağ ayağının arxa əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. Almatı təmsilçisində isə müdafiəçi Qafurjan Suyumbayev zədə səbəbindən matçı buraxacaq.
Hazırda 7 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" bu tur pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün "köhlən atlar" həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir. Azərbaycan təmsilçisi "Kayrat"a qalib gəlsə və İsveçrə "Bazel"i Kiprdə "Omoniya"ya məğlub olmasa, ağdamlılar pley-offa adlayacaq. Hətta Qazaxıstanda mümkün heç-heçə və "Bazel"in səfər qələbəsi də "Qarabağ"ı qrupdan çıxara bilər.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər.
4 noyabr
UEFA Konfrans Liqası
Qrup mərhələsi, IV tur
19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (AZƏRBAYCAN)
Hakimlər: Dumitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Vyaçeslav Banari (Moldova)
Almatı, "Ortalık" stadionu
Xal durumu: "Bazel" - 7, "Qarabağ" - 7, "Kayrat" - 1, "Omoniya" - 1.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR