"Qalatasaray" və "Fənərbağça" xal itirdi
Bizi izləyin

İdman

"Qalatasaray" və "Fənərbağça" xal itirdi

Noyabrın 7-də futbol üzrə Türkiyə çempionatının XII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda “Kayserispor”u qəbul edib.

Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçlarında isə "Qalatasaray" səfərdə "Fatih Karagümük"lə 1:1 hesablı heç-heçə edib. "Konyaspor" isə səfərdə "Göztəpə"nin qapısından iki cavabsız top keçirib. "Adana Dəmirspor" isə öz meydanında "Hatayspor"u minimal hesabla məğlub edib - 1:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan yeddi xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm