Gürcüstanda klub rəhbəri faciəvi şəkildə öldü
Bizi izləyin

İdman

Gürcüstanda klub rəhbəri faciəvi şəkildə öldü

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Məlumat üçün bildirək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm