İdman
Bakıda yarış keçiriləcək
FİDE 2014-2015-ci illərdə baş tutacaq Qran-pri
seriyasının yerlərini və vaxtını elan edib.
Publika.az-ın məlumatına görə, əvvəlkilərdən fərqli olaraq, bu dəfə
Qran-pri seriyası 4 mərhələdən ibarət olacaq ki. Hər bir iştirakçı
ən az bu etapların 3-də iştrak etməlidir. Əvvəlcə şaxmat marafonu 6
etapdan olurdu, hansı ki, hər bir iştrakçı bunların 4-də mütləq
iştrak etməli idi. Etapların azalması FİDE üçün məsləni
asanlaşdırsa da, şaxmat üçün mənfi amil sayılır. Belə ki, az oyun
olduğu təqdirdə qalibin müəyyənləşdirilməsinin obyektivliyinə xələl
dəyə bilər.
Lakin məsələ tam olaraq FİDE-dən asılı deyil. Keçən il Qran-prinin
Paris, Lissabon və Madriddə keçirilməsinə çətinliklə də olsa nail
olmasına baxmayaraq, bu il ümumiyyətlə qədim oyuna pul xərcləmək
istəyənləri tapmaq olmayıb. Onsuz da keçən ilki qran-pridə də uduş
fondu ən minimuma endirilmiş, keçirilmə vaxtları isə tez-tez
dəyişdirilirdi. Berlin etapını isə ümumiyyətlə Çinə keçirməli
olublar. Potensial Avropa sponsorları iqtisadi kriz dönəmində bu
oyuna pul xərcləməkdən boyun qaçırırlar. Qərbi Avropa şahmat
oyununa maraq göstərmək istəməsə də, oyuna yiyə duranlar tapıldı və
onlardan biri də bizim ölkəmizdir. Şahmat coğrafiyasına diqqət
yetirək.
Qran-pti etapları
1. 1-15 oktyabr 2014- Bakı, Azərbaycan
2. 20 oktyabr – 3 noyabr 2014- Daşkənd, Özbəkistan
3. 14-28 fevral 2015- Tehran, İran
4. 13-27 may 2015- Moskva, Rusiya
Azərbaycan, Özbəkistan, İran və Rusiya şaxmat oyununa sevginin
ölmədiyi ölkələr qaldı. Çünki yalnız bu ölkələrdə FİDE turnirinə
pul xərcləmək istəyən insanlar tapıldı.
Turnirdə 16 şahmatçı iştirak edəcək. Qaydalara görə, bunlardan 11-i
seçilmiş namizədlərdir. 10 namizədi təşkilatçılıq edən ölkələr 1
namizəd isə FİDE-dən gəlir.
Turnirə dəvət olunan 11 şaxmatçılar bunlardır:
1. Maqnus Karlsen, Norveç (Dünya çempionu)
2. Vişvanatan Anand, Hindistan (2013 dünya çempionatının
iştrakçısı)
3. Vladimir Kramnik, Rusiya (2013-cü il dünya kuboku qalibi)
4. Dmitriy Andreykin, Rusiya (2013-cü il dünya kubokunun
finalçısı)
5. Yevgeniy Tomaşevskiy, Rusiya (2013-cü il dünya kubokunun yarım
finalçısı)
6. Maksim Vaçye-Laqrav, Fransa (2013-cü il dünya kubokunun
yarımfinalçısı)
7. Levon Aronyan, Ermənistan
8. Fabiano Karuana, İtaliya
9. Aleksandr Qrişuk, Rusiya
10. Xikaru Nakamura, ABŞ
11. Veselin Topalov, Bolqarıstan
Dəvət olunanlar öz iştiraklarını 27 avqustadək təsdiq etməlidirlər.
Dəvəti qəbul etməyən olduğu təqdirdə, Rusiyadan Sergey Karyakin,
İsraildən Boris Qelfland, Azərbaycandan Şəhriyar Məmmədyarov
ehtiyat oyunçuların ilk üçlüyündədirlər
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ