İdman
Nazirlik İŞİD-ə qoşulan güləşçi ilə bağlı açıqlama verdi
Əsəd rejiminə qarşı döyüşlərə qatılan 5 nəfər İsmayıllı rayon sakinindən birinin idmançı olması barədə məlumat vermişdik.
Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.
Suriyaya həyat yoldaşı və körpə uçağı ilə birlikdə gedən Rəşad Baxşəliyev İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mövqeyini öyrəndik. Publika.az-a danışan nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Rəşad Baxşəliyevin komplekslə 2013-cü ildən əlaqəsinin olmadığını dedi:
“Rəşad Baxşəliyev əslən Kəlbəcər rayonundandır. Sonradan onlar İsmayıllının Xankəndi kəndinə köçüblər. Xankəndidə məktəbdə idman müəllimi kimi fəaliyyət göstərib.
2013-cü ildən isə bizə müraciət edib, bildirib ki İsmayıllıdakı İdman Olimpiya Kompleksində məşqçi kimi fəaliyyət göstərmək istəyir.
O, kompleksdə müqavilə əsasında işləyib. Yəni ştata götürülməyib. 2013-cü ilin aprel-may aylarında o adam bizimlə müqavilə imzalayıb. Müqavilə imzaladıqdan sonra vaxtında kompleksə gəlib-getmirdi.
2013-cü ilin noyabrında kompleksdəki dərslərini vaxtında apara bilmədiyinə görə onunla bağlanan müqavilə dayandırıldı. Bundan sonra onun bizim komplekslə heç bir əlaqəsi olmayıb”.
Aygün İlqarqızı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO