İdman
Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.
Publika.az xəbər verir ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsiziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom ButçerPaddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verildiyini vurğulayaq bildirib: “Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri yarışadək bitməyəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”.
Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
