İdman
Beynəlxalq Yer kürəsi Günü münasibətilə aksiya keçirildi - FOTO
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Beynəlxalq Yer Kürəsi Günü münasibətilə BŞH Akademiyasının könüllüləri və məktəblilərin iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirib.
Publika.az xəbər verir ki, Şıx çimərliyində keçirilmiş tədbirin əsas məqsədi ətraf mühitin qorunması, məişət tullantılarına qarşı mübarizə, cəmiyyətin bununla bağlı maarifləndirilməsidir.
Tədbir zamanı iştirakçılar çimərlik ərazisi boyunca təmizləmə işləri apardıqdan sonra toplanan tullantıları çeşidləyərək təkrar emal üçün təhvil veriblər.
Səbail Rayon İcra Hakimiyyəti və 132-134 nömrəli təhsil kompleksinin dəstəyi ilə baş tutmuş tədbir korporativ sosial məsuliyyət siyasətinə bir töhfədir.
Bakı Şəhər Halqası "Formula 1" Azərbaycan Qran-Prisinin təşkilatçısı olaraq, "Formula 1" Qrupunun dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulur.
-
Magazin106:16"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı













.png)






















