Azərbaycan millisi Slovakiyaya uduzdu - YENİLƏNDİ
Bizi izləyin

İdman

Azərbaycan millisi Slovakiyaya uduzdu - YENİLƏNDİ

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Publika.az">Publika.az xəbər verir ki, Canni De Byazinin baş məşqşi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiyanı qəbul edib.

III tura təsadüf edən matçın əvvəli qonaqların üstünlüyü şəraitində keçsə də, tədricən təşəbbüsü ələ alan Azərbaycan millisi ardıcıl 2 epizodda təhlükəli hücumla yadda qalıb.

Əvvəlcə Azər Salahlının sol cinahda iki oyunçunu keçdikdən sonra qapı qarşısına iti ötürməsinə Emin Mahmudov istədiyi kimi zərbə endirə bilməyib. Ardınca isə Renat Dadaşov qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. Hücumun davamında Salahlı topu ələ keçirsə də, fürsətdən yararlana bilməyib.

Hissənin sonlarına doğru Ramil Şeydayev sağ cinahda topu qəbul etsə də, qapıya zərbə endirmək mümkün olmayıb. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Tərəflər ikinci yarıya daha ehtiyatlı başlayıblar. 46-cı dəqiqədə Renat Dadaşovun yerinə meydana Mahir Emreli daxil olub. 55-ci dəqiqədə isə Qara Qarayev Riçard Almeydanı əvəzləyib. 1 saatın tamamında qonaqların fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub.

Yığmanın kapitanı Maksim Medvedev zədələndiyi üçün 65-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. 76-cı dəqiqədə rəqibin oyunçusu Lukaş Qaraslinin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. Baş məşqçi Canni De Byazi 79-cu dəqiqədə Abbas Hüseynova şans verib. 27 yaşlı müdafiəçi Emin Mahmudovun yerinə meydana daxil olub.

81-ci dəqiqədə Slovakiya millisinin futbolçusu Vladimir Vayss hesabı açıb. 83-cü dəqiqədə Lukaş Qaraslinin fərqi iki topa çatdırmasına Şahruddin Məhəmmədəliyev icazə verməyib. İki dəqiqə sonra Qaraslin topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb.

Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, ilk turda Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisi daha sonra Serbiyada Belarusla qolsuz bərabərə qalıb. Komanda iyunun 13-də IV turda Bakıda Belarus yığmasını qəbul edəcək. Qrupun digər görüşündə Qazaxıstan Belarusla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

xxx

21:39

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Publika.az">Publika.az xəbər verir ki, 81-ci dəqiqədə qonaqların heyətində Vladimir Vayss fərqlənib.

xxx

21:00

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

Publika.az">Publika.az xəbər verir ki, ilk yarıdan sonra görüşdə hesab açılmayıb.

xxx

20:46

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda birinci hissə başa çatıb.

Publika.az">Publika.az xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

xxx

20:00

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı litvalı hakim Donatas Rumsas idarə edir.

xxx

18:48

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı 4. Bəhlul Mustafazadə 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi, 8. Emin Mahmudov 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda

Slovakiya: 1 Rodák (GK) 2C Pekarík 3 De Marco 4 Valjent 5 Šatka 6 Strelec 10 Rusnák 11 Suslov 13 Hrošovský 17 Haraslín 22 Lobotka

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm