İdman
Qurban Qurbanov penalti epizodundan danışdı
“Ola bilər ki, biz bu cür oyunlarda qapımızda 3, 4, 5 qol görək, amma rəqibdən çəkinməməliyik. Biz güclü komandalarla oynamaq, onlardan qorxmamaq ruhunu futbolumuza qaytarmalıyıq”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Frayburq”a 1:2 məğlub olduqları matçdan sonra danışıb:
“Bu gün pis deyilik. Yaxşılığa doğru irəliləyirik”.
Çalışdırıcı müdafiəçi Tural Bayramovla bağlı fikirlərini də bildirib: “Deyə bilmərəm ki, onun faydalı iş əmsalı aşağı oldu. Penalti epizoduna görə onu qınaya bilmərəm. Tural əgər onların futbolçusunu mübarizədə udursa, ayaqüstə durursa, buna sadəcə sevinirəm. Yaşı azdır, təcrübəsi artdıqca belə epizodlarda daha diqqətli olar”.
Qurbanov “Frayburq”un baş məşqçisi Kristian Ştrayxla dialoqundan da söz açıb:
“Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim”.
-
Nida Xəbər 14:30
ABŞ-ın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi
-
Nida Xəbər 12:27
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladı
-
Sosial11:50
Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
-
Rəsmi xronika11:36
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - YENİLƏNDİ / FOTO
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Yaxın Şərq11:28
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...
-
Sosial11:00
Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO
-
Ekologiya10:05
Yağış, qar və külək... - FAKTİKİ HAVA