"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli oldu
Bizi izləyin

İdman

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununun hakim təyinatları bəlli olub.

Publika.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapışırılıb.

Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm