İdman
ABŞ-da Obamaya qolf qadağası
ABŞ prezidenti Barak Obama bayram günlərində qolf oynaya bilməyəcək.
Publika.az xəbər verir ki, buna səbəb Obamaya qoyulan qadağadır. ABŞ-ın elit qolf-klubları prezidentə xidmət göstərməkdən imtina edib.
Qolf-klubların rəhbərləri bu addımı daimi müştərilərini itirməmək üçün atdıqlarını bildiriblər.
Bayram günlərində qolf oynamaq imkanlı amerikalıların sevimli məşğuliyyətidir. Elə qolf-klublar var ki, illik abunə haqqı 100 min dollardı. Qolf-klublar prezidentə görə belə imkanlı müştərilərin bron yerlərini ləğv etmək istəmir.
Qeyd edək ki, Barak Obama qolf pərəstişkarıdır. Obama 11 günlük məzuniyyət zamanı 8 qolf oyununa çıxıb. Buna görə prezident respublikaçılar və hərbçilər tərəfindən kəskin tənqid olunub. Barak Obamanın qolf oynadığı günlərdə bütün ölkə İŞİD döyüşçüləri tərəfindən öldürülmüş jurnalist Ceyms Foul üçün ağlayırdı.
Obama sonradan buna görə üzr istəyib və məzuniyyətini yarımçıq qoyaraq Ağ evə qayıdıb.
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü
























.jpg)













