İdman
Təbriz İranı silkələdi - “Heyrət içindəyəm”
Təbrizin “Traktor Sazi” klubu İran çempionatında liderliyə yüksəlib.
Publika.az xəbər verir ki, “Traktor Sazi” “Səhənd” stadionunda “Rah Ahan”ı 4:2 hesabı ilə məğlub edib. Tehranın “İstiqlal” klubunun “Neft Tehran”a məğlub olmasından (0:2) sonra Təbrizin fəxri liderliyə yüksəlib.
“Traktor Sazi” – “Rah Ahan” oyunundan sonra soydaşlarımız qələbənin sevincini yaşamaq üçün Təbrizin küçələrinə axışıblar. Onlar “Yaşasın Azərbaycan”, “Traxtor”u el istər – Şərəfli millət istər”, “Azərbaycan yurdumuz – “Traxtor” boz qurdumuz”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarlarını səsləndiriblər.
Təbrizlilərin sevinci İran polisinin qəzəbinə tuş gəlib. Azarkeşlər şəhərin bir neçə məntəqəsində polis hücumuna məruz qalıb.
Təbrizdə yaşananlar “Traktor Sazi”nin braziliyalı legioneri Edinyonu heyrətə salıb. Edinyo Təbrizdə yaşananlarla bağlı təəssüratını bölüşüb:
“Təbrizdəki atmosfer bizim oyundan yaxşıdır. İki saatdır avtobusdan türklərin coşqusunu izləyirəm. Zövq alıram, heyrət içindəyəm. Azərbaycandakı durumun dünyada tayı-bərabər yoxdur”.
Aygün İlqarqızı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...