İran rejimi futbolçuları hədələdi - Özünüzü düzgün aparmasanız...
Bizi izləyin

İdman

İran rejimi futbolçuları hədələdi - Özünüzü düzgün aparmasanız...

İranlı futbolçuların yaxınları ABŞ-la oyundan öncə hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

Publika.az-ın CNN müxbiri Sem Kiliyə istinadən verdiyi məlumata görə, hakimiyyət xəbərdarlıq edib: İran millisinin oyunçuları ABŞ-la görüşdən əvvəl “özlərini düzgün aparmasalar” onların qohumları həbs və işgəncə ilə üzləşəcək.

Qətərdə keçirilən turnirdə İran təhlükəsizlik xidmətinin hərəkətlərini izləyən mənbənin verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun onlarla zabiti milli komandanın oyunçularını izləyir. Futbolçulara milli komandanın yerləşdiyi məkanı tərk etmək və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, bu gün İran millisi ABŞ millisi ilə qrup mərhələsinin 3-cü turunun oyununu keçirəcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm