İdman
"Qarabağ" "Sent Etyen"dən təcrübəlidir"
Qarabağ" "Sent Etyen"dən təcrübəlidir. Publika.az- ın məlumatına görə, bunu “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
O, "Qarabağ"ı yüksək qiymətləndirdiklərini bildirib: “Oyuna çox yaxşı hazırlaşmışıq. Komandamızda hər şey yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Biz “Qarabağ”ın bütün Avrokubok oyunlarını izləmişik. Deyə bilərəm ki, “Qarabağ” bizdən təcrübəlidir. Rəqib futbolçularının bir çoxu milli komandanın üzvləridir. Bundan əlavə, heyətində braziliyalı futbolçular da var ki, onların da oyununu qiymətləndirmək lazımdır. Buna baxmayaraq, “Qarabağ”dan çəkinmirik. Yenə də etriaf edirəm ki, “Qarabağ” bizdən təcrübəlidir. Biz də Avropa Liqasına böyük maraq göstəririk. Görəcəksiniz ki, qrupdan çıxmağa qadirik. Bu il Fransa Liqasında yaxşı çıxış edirik. Hesab edirəm ki, Avropa Liqasında da yaxşı təcrübə qazanacağıq”.
K.Qaltye sabah ehtiyatlı oyuna üstünlük verəcəklərini qeyd edib: "Heç kim Avroliqada açıq futbol oynamır. Biz də ehtiyatlı olmalıyıq. Bu ilk matçımızdr. Növbəti matçlarda necə oynamaq lazım olduğunu daha yaxşı biləcəyik”.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Sent Etyen" matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?









.webp)






.jpg)

















