İngiltərədən Türkiyəyə gəlir: Özü də havayı
Bizi izləyin

İdman

İngiltərədən Türkiyəyə gəlir: Özü də havayı

"Çelsi"nin fransız yarımmüdafiəçisi Temue Bakayoko qış transfer pəncərəsində "Adana Dəmirspor"a keçəcək.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Qeyd olunur ki, fransalı futbolçu ilə artıq 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. O, Türkiyə klubuna pulsuz keçəcək. Amma gələcəkdə satılarsa, ondan “Çelsi”yə faiz ödəniləcək.

Onun sabah müqavilə imzalayacağı güman olunur. Futbolçunun yanvarın 25-dən 26-na keçən gecə Türkiyəyə gələcəyi qeyd edilir.

Bakayoko icarə əsasında "Milan"da oynayırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm