İdman
Sabiq futbolçusu "Neftçi"yə belə "ilişdi"
“Neftçi”nin hücumçusu Qodsvey Donyonun Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.
Publika.az xəbər verir ki, sözügedən klub qanalı forvardı rəsmi saytı vasitəsilə təqdim edib. Tibbi müayinədən uğurla keçən 28 yaşlı futbolçu Limassol təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb.
O, Limassol təmsilçisinə keçidi haqda danışarkən hədəfləri olan komandada oynamaq istədiyini vurğulayıb. Bununla da, o, "Neftçi"yə söz atıb:
“Burada olduğum üçün xoşbəxtəm. “Apollon”un mənimlə maraqlandığını eşidəndə, mən də onlarla maraqlanmağa başladım. Klubun hədəfləri məni cəlb etdi. “Apollon” Kiprin titullu komandalarındandır. Kiprdə oynayan dostlarım var. Ölkə, yerli çempionat haqda maraqlandım.
“Apollon”la yanaşı, İsraildən təkliflərim var idi. Amma mən bu klubu seçdim. Sürətli futbolu, qaçmağı və qol vurmağı sevirəm. Hədəfləri olan klubda oynamaq istəyirdim. Əlimdən gələni etməyə çalışacam. Mənə inananları və azarkeşləri sevindirmək istəyirəm”
Xatırladaq ki, Azərbaycan klubuna yayda transfer olunmuş Qodsvey Donyo 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.
Heybət
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO