Şahmatçılarımız III Avropa Oyunlarında mübarizə aparacaqlar
Bizi izləyin

İdman

Şahmatçılarımız III Avropa Oyunlarında mübarizə aparacaqlar

Polşanın ev sahibliyi edəcəyi üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da olacaq.

Publika.az xəbər verir ki, qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək. Azərbaycanla yanaşı, daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə, komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm