İdman
Naqelsmann "Bayern"dən sevgilisinə görə qovulub?

Yulian Naqelsmannın "Bayern"dən istefaya göndərilməsinin səbəbi sevgilisi olub.
Publika.az xəbər verir ki, bu iddia Almaniya nəhənginin əfsanəsi Markus Babbelə məxsusdur. Klubla bağlı məlumatlı şəxs sayılan veteran futbolçu "Blick"ə maraqlı açıqlama verib:
"Bilirəm ki, Naqelsmannın "Bild"in jurnalisti ilə münasibətdə olması soyunub-geyinmə otağında böyük mövzu idi. Bu, oyunçular üçün problem idi. Məşqçinin sevgilisinin ən çox oxunan media orqanında çalışması onları çox narahat edirdi. Futbolçular Naqelsmanna etibar etmirdilər. Onlar həmişə ona dediklərinin qəzetdə yer almayacağına şübhə edirdilər.
Nəticədə oyunçularla məşqçi arasında ünsiyyət itmişdi. Naqelsmannın sevgilisi artıq mediada deyil. Buna baxmayaraq, o, məşqçi ilə "Bayern"i işıqlandıran "Bild" müxbiri kimi görüşməyə başlamışdı, indi də bu nəşrlə əlaqələri var".
Qeyd edək ki, Markus Babbel 1994-2000-ci illərdə "Bayern"in heyətində 261 oyun keçirib, üç titul, o cümlədən UEFA kubokunu qazanıb, Çempionlar Liqasının finalında çıxış edib. Almaniya millisinin heyətində 51 matç keçirən veteran müdafiəçi Avro-96-nın qalibi olub.
Heybət

-
Qoroskop08:38
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?
-
Magazin106:25
Zümrüd rəisdən şikayətçi oldu
-
Sosial05:15
Mağazalarda satılan qara kişmişlər boyanır? - İDDİA/ VİDEO
-
Hadisə03:13
Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ/ VİDEO