İdman
"Qalatasaray"la "Qarabağ" "qardaşlaşır"

“Qalatasaray”la “Qarabağ” qardaşlaşmış klublar olmağa qərar veriblər.
Publika.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək Türkiyə mətbuatına açıqlamasında bildirib:
“Hörmətli “Qarabağ” prezidenti ilə razılaşdım. Qardaş klublar olmağa qərar verdik. Bunun təqdimatını gələn həftə həyata keçirəcəyik. Onları İstanbulda dostluq oyunu keçirməyə də dəvət etdim. Bakıda bizi çox yaxşı qarşıladılar. Buna görə təşəkkür edirəm”.
Dursun Özbək bu əməkdaşlığın bəzi detallarını da açıqlayıb:
“Fəaliyyətlərimizi birləşdirəcəyik. Onlar Azərbaycanda, biz də Türkiyədə işbirliyi həyata keçirəcəyik. Biz mağazalarımızda “Qarabağ” formalarını satacağıq, bu komandanı tanıdacağıq. Onlar da Azərbaycanda bizim formalarımızı satacaqlar”.
Qeyd edək ki, ki, ötən axşam Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” xeyriyyə matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdən əldə olunan vəsait Türkiyədə baş verən zəlzələ qurbanlarına dəstək məqsədiylə istifadə ediləcək.
Heybət

-
Maraq dünyası09:12
Bu il milyoner olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
-
Magazin108:24
Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO
-
Art07:47
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi... - VİDEO
-
Magazin207:30
Məşhur müğənni 83 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onun çirkin əməlininin üstünü aça bilərsiniz
-
Dünya6 İyun 22:41
Serenay dəniz sezonunu belə açdı - FOTO