Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxdı
Bizi izləyin

İdman

Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxdı

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.

Publika.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.

Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.

Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm