Millət vəkili üsyan etdi: "Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı"
Bizi izləyin

İdman

Millət vəkili üsyan etdi: "Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı"

"Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçini gətirsəniz də belə davam edəcək".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Canni De Byazinin baş məşqçisi olduğu futbol üzrə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində səfərdə İsveçə 0:5 hesabı ilə məğlub olmasını şərh edərkən bildirib. Millət vəkilinin fikrincə, Qurban Qurbanovun baş məşqçi postundan uzaqlaşdırılması indiki vəziyyətin yaranmasına səbəb olub:

Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 20 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaq da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam "doqquzluğa" vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı aşsüzən olmamağın yolunu tapmaq yaxşı olardı".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm