İdman
Kamran Əliyev: "Yaxın vaxtda Azərbaycan pasportu alacam"

"Sumqayıt"ın qış transfer pəncərəsində Rusiyanın "Ximki" klubundan heyətinə qatdığı azərbaycanlı futbolçu Kamran Əliyev "Turan Tovuz"la oyundan (3:2) sonra Publika.az-a müsahibə verib
O, bir sıra maraqlı məqamlara aydınlıq gətirib:
- İlk dəfə Tovuzda olurdun, ab-hava necə idi, ümumiyyətlə, səfər qələbəsini necə şərh edərdin?
- Turnir cədvəli baxımından çox vacib oyun idi. Həm də bizim üçün prinsipial oyun idi. Sağ olsun, uşaqlar hamısı əla oynadı, son dəqiqəyə kimi mübarizə apardılar və yekunda 3 xalı qazandıq. Stadionda atmosfer də yaxşı idi, Tovuz azarkeşləri də komandalarına son dəqiqəyə qədər dəstək verdilər.
- "Sumqayıt"da qol hesabını dublla açdın. Bunu gözləyirdin?
- Gözləyirdim. Çünki hər zaman cəhd edirdəm ki, daha yaxşı oynayım və komandama bacardığım qədər kömək edim.
- Uyğunlaşma dövrünü çox tez keçdiyini demək olar? Çünki qış toplanışında da iştirak etməmişdin...
- Düz qeyd etdiniz, mənim üçün yeganə problem bu idi. Çünki Rusiyadan ayrılmağım elə alındı ki, "Sumqayıt"ın qış toplanışında iştirak etməmişdim. Ardınca çempionat başladı. İndi artıq 90 faiz forma yığdığımı düşünürəm.
- Azərbaycanlı olsan da, "Sumqayıt"da legioner kimi oynayırsan. Azərbaycan pasportu almağına nə mane olur?
- Mənə heç nə mane olmur. Heç bir problem də yoxdur. Yaxın gələcəkdə Azərbaycan pasportu alacam.
- Çempionatda autsayder mövqeyindəsiniz. Bu haqda nə düşünürsən?
- Autsayder olduğumuzu düşünmürəm. Sadəcə bu cür alındı. Komanda yeni-yeni bir-birini tanıyır, əksəriyyət qışda komandaya qoşuldu. Həta baş məşqçimiz özü də mövsümün ortasında gəldi. Bir sözlə, yeni-yeni hamı bir-birinə uyğunlaşır.
- 24 yaşın var. Azərbaycan çempionatından tramplin kimi istifadə etməyi düşünürsən, ya necə?
- Tramplin kimi də demək olar. Doğma vətənimdən təkllif gəldi, mən də mənmuniyyətlə qəbul etdim.
- Komandanın potensialını necə görürsən? Həm bu mövsüm, həm də növbəti mövsüm üçün...
- Bu mövsüm Premyer Liqanı tərtk etməyəcəyimizə hətta 200 faiz əminəm. Növbəti mövsüm üçün avrokuboklara vəsiqə uğurunda mübarizə aparacağıq.
Heybət Məmmədov

-
Maraq dünyası09:12
Bu il milyoner olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
-
Magazin108:24
Tanınmış aparıcı xanımını belə təbrik etdi - FOTO
-
Art07:47
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi... - VİDEO
-
Magazin207:30
Məşhur müğənni 83 yaşında VƏFAT ETDİ - FOTO
-
Magazin105:45
“Gündə bir ər tapım?” - VİDEO
-
Kriminal00:30
Məşhur model şəxsi brendi üçün vannada çılpaq pozalar verdi - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onun çirkin əməlininin üstünü aça bilərsiniz
-
Dünya6 İyun 22:41
Serenay dəniz sezonunu belə açdı - FOTO