İdman
"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi

“Qarabağ” mövsümün ən səs-küylü keçidini reallaşdırmağa yaxındır.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin “Neftçi”nin kapitanı Emin Mahmudovla apardığı danışıqlar müsbət istiqamətdə yekunlaşmaq üzrədir.
İndiyədək “ağ-qaralar”ın təklif etdiyi yeni müqaviləyə qol çəkməyən Emin mövqeyini iyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun finalından sonra açıqlamağı planlaşdırır. Düzdür, Mahmudov son anda qərarını dəyişə də bilər. Ancaq bu gün üçün o, məhz Qurban Qurbanovun rəhbərliyi altında Çempionlar Liqasında mübarizə aparmaq hədəfi ilə “Qarabağ”a qoşulmaq variantına üstünlük verir.
Emin Mahmudov Publika.az-a bildirib ki, transferlə bağlı iyunun 3-də açıqlama verəcək.
Qeyd edək ki, daha öncə “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin “Neftçi”yə qoşulacağı bəlli olub. (Fanat.az)

-
Dünya05:45
Aqressiv boz ayı iki trusti öldürdü
-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO