İdman
De Byazi: "Qovsalar, gedəcəm"
Avro-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan - Estoniya oyunundan (1:1) sonra meydan sahibi olan komandanın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
- İlk hissəni çox aşağı səviyyədə keçirdik. Oyunumuz heç cür alınmırdı. Düzgün ötürmə verə bilmirdik. Fasilədən sonra dəyişiklik etdik və çox yaxşı oyun göstərdik. Fikirləşirəm ki, daha çoxuna layiq idik. Son dəqiqədə bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. İki fərqli hissə oldu. İkinci hissədə daha yaxşı oynadıq.
- Nəzərə alaq ki, ilk hissədə qapımıza 3 qol vurula bilərdi... Estonların da bəxtinin gətirmədiyini deyə bilərik?
- Razıyam, rəqib ilk hissədə yaxşı oynadı və qollar vura bilərdi. Lakin fasilədən sonra çox yaxşı oynadıq və qələbəyə layiq idik.
- İlk hissədəki pis oyunun səbəbi əsas heyətin yanlış seçilməsi ola bilər?
- Çoxdan idi 4-2-3-1 sistemi ilə oynayırdıq. Sistemi dəyişsəydim və alınmasaydı, məni öldürərdiz. Məşqçiyəm, sizi başa düşürəm. Fasilədən sonra komandanı dəyişdik. Bundan başqa, bizdə mövsüm bitib, çox oyunçu yorğundur. Rəqib isə daha hazırlıqlıdır. Yaxşı keyfiyyətlərə malik komandaya qarşı oynadıq. Nəticəyə görə məyusam, amma fasilədən sonrakı oyundan razıyam.
- Ardıcıl qələbələrdən sonra bina inşa etdiyinizi dediz. İki məğlubiyyətdən sonra binanın vəziyyəti necə oldu?
- Bir ağac düşsə, daha çox səs edər, yoxsa bütün meşəni yandırmaq? Sən bir ağacı görürsən, amma bütün meşəni yox.
- Millinin bundan sonra uğur qazanacağı gözlənilmir. Bu vəziyyətdə prestijinizə görə getməyi düşünmürsüz?
- Qrupumuza baxın, nə düşünürsüz?
- Ermənistan güclü qrupdadır, dünən də Uelsi məğlub etdi...
- Mən özümüzdən danışıram.
- De Byazi: Səncə, milli harada olmalıdır?
- Jurnalist: Daha irəlidə.
- De Byazi: Biz barda oturub söhbət etmirik. Futbolda nələr baş verdiyini görürsüz. Qısa müddətdə belə az futbolçu ilə nəsə etmək çətindir.
- Qurban Qurbanov İtaliyada bir klubda belə nəticə göstərsəydi, italyan azarkeşlər nə deyərdi?
- Bu nə sualdır?
- Hər dəfə bir bəhanə söyləyirsiz.
- Mənim xarakterimdə işi yarımçıq qoyub getmək yoxdur. Daha güclü bir millidən təklifim var idi, amma müqaviləmə sadiq qaldım, getmədim.
- Yarımçıq qoysanız, nə olacaq?
- Qovsalar, gedəcəm.
Heybət Məmmədov
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?

















.jpg)








.jpg)
.jpg)









