Avropada qaz kəskin bahalaşdı
Bizi izləyin

Dünya

Avropada qaz kəskin bahalaşdı

Avropada qaz kəskin bahalaşdı

Avropada soyuq hava təhlükəsi və qaz ehtiyatlarının azalması fonunda təbii qazın qiyməti kəskin artıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bazar ertəsi Avropada qazın qiyməti 8,6 faiz yüksələrək meqavat-saat üçün 96,075 avroya çatıb. Bu, son bir həftədən artıq müddətdə qeydə alınan ən böyük gündəlik artımdır.

Şimal-Qərbi Avropada bu həftə havanın normadan 3-5 dərəcə, dekabrın əvvəlində isə 5-8 dərəcə daha soyuq olacağı proqnozlaşdırılır. Almaniya, Danimarka və Niderlandda küləyin zəifləməsi də gözlənilir. Bu isə külək elektrik stansiyalarında istehsalın azalmasına səbəb ola bilər.

Avropanın qaz anbarlarında ehtiyatlar da aşağı səviyyədədir. Oktyabrın sonunda anbarların doluluq səviyyəsi region üzrə təxminən 75 faiz, Almaniyada isə 62 faiz təşkil edib. Halbuki Almaniya üçün hədəf göstərici 80 faizdir.

Norveçin “Equinor” şirkətinin rəhbəri Anders Opedal daha əvvəl Avropanın qaz ehtiyatlarının son 15 ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirmişdi.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm