Messi Mayamidə bu evdə yaşayacaq: 1 milyonluq hamam, xüsusi hovuz, restoran və... - FOTO
Bizi izləyin

İdman

Messi Mayamidə bu evdə yaşayacaq: 1 milyonluq hamam, xüsusi hovuz, restoran və... - FOTO

Messi Mayamidə bu evdə yaşayacaq: 1 milyonluq hamam, xüsusi hovuz, restoran və... - FOTO

Bir neçə gündən sonra Lionel Messi Mayamiyə yollanacaq. O, sözügedən şəhərin təmsilçisi "İnter"lə müqavilə bağlayacaq. Beləcə, onun 3 illik ABŞ macərası başlayacaq.

Bütün dünya bu anı səbrszliklə gözləyir. Fanatlar Messinin debüt edəcəyi tarixlə, media isə onun yaşayacağı məkanla və atacağı addımlarla yaxından maraqlanır.

Leo 2019-cu ildə Mayamidə dəbdəbəli mülk aldığı üçün onun mənzillə bağlı problemi olmayacaq. Söhbət "Porsche Design Tower" göydələnində, Atlantik okeanına baxan hündürmərtəbəli binadakı evdən gedir. Dünya çempionu mənzilə sahib olmaq üçün 5 milyon dollarından keçməli olub.

ABŞ-dakı həmkarlarımız iddia edir ki, Messi bəzi tanınmış qonşularından fərqli olaraq, mülkə kreditlə deyil, nəğd ödənişlə sahib olub. Onların arasında Cənubi Amerikadan olan zənginlər üstünlük təşkil edir.

Messinin mənzili 6 otaqdan ibarətdir. Əsas vanna otağı qızıl və mərmərlə işlənib. Onun dəyəri 1 milyon dollar olaraq qiymətləndirilir. Evin daxilində özəl kinoteatr, şərab zirzəmisi, şəhərin möhtəşəm mənzərəsinə açılan şəxsi hovuzu və birbaşa çardağa çıxan lifti var. "Porsche Design Tower"də yalnız sakinlərə xidmət edən restoran da var.

Leonun məskunlaşacağı qüllənin maraqlı bir xüsusiyyəti var. Sakinlər maşınlarını yaşadıqları mərtəbəyə qaldırmaq imkanına sahibdirlər. Bunun üçün xüsusi avtomobil liftləri də var. Bu səbəbdən mərtəbədə xüsusi avtomobil parkı salınıb. Messi qonaq otağındakı rahat divanında oturub, bahalı avtomobillərini seyr etmək imkanına sahibdir.

Ümumilikdə, "Porsche Design Tower" 60 mərtəbəlidir. Messinin mənzili yaşayış kompleksindəki bahalı evlər siyahısında deyil. Göydələndəki mülklərin qiyməti 32 milyon dollara qədərdir.

Bundan əlavə, 2021-ci ildə Leo Mayamidə yerləşən başqa bir yaşayış kompleksindən - "Regalia Tower"dən də mənzil alıb. Bu o deməkdir ki, argentinalı superulduzun ABŞ-da ümumiyyətlə mənzillə bağlı problemi olmayacaq.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm