MDB
Rusiyadan Ermənistanın məşhur spirtli içkilərinə zərbə
Rusiyada Ermənistanın bir sıra məşhur spirtli içkilərinə qadağa qoyulub.
Publika.az xəbər verir ki, "Rospotrebnadzor" Ermənistan istehsalı olan bəzi spirtli içki brendlərinin satışını dayandırıb. Bu barədə qurumun açıqlamasında bildirilib.
"Məcburi tələblərə cavab verməyən məhsulların satışının qarşısını almaq üçün ticarət müəssisələrinə və idxalçılara bəzi içkilərin satışının dayandırılması və Ermənistandan olan aşağı keyfiyyətli spirtli içkilərin dövriyyədən çıxarılması barədə bildiriş göndərilib",- qurumun açıqlamasında yazılıb.
"Rospotrebnadzor"un açıqlamasında o da qeyd edilib ki, "VEDI-ALKO" QSC, "Abovyanskiy Konyak Zavodu" MMC və "Şaxnazaryan çaxır-konyak evi" MMC tərəfindən istehsal olunan məhsulların məcburi tələblərə cavab vermədiyi aşkar edilib.
Bundan başqa, qadağa siyahısına düşən məhsullar arasında aşağıdakılar qeyd olunub: Adi sort qırmızı yarımşirin şərab "GETAP VERNASHEN" (11% spirt, 0.75 l, qablaşdırma tarixi 03.02.2025) və "Adi sort ağ quru şərab "VEDI ALKO" KHARDJİ, T3 "Leqendı arnı" (12% spirt, 0.75 l, qablaşdırma tarixi 17.12.2024).
Keyfiyyətsiz məhsullar siyahısında həmçinin "ABOVYAN KONYAK ZAVODU MMC (Ermənistan Respublikası, Abovyan şəhəri) tərəfindən istehsal olunmuş məşhur "Erməni konyakı -5 ulduz" (40% spirt, 0,5 l, qablaşdırma tarixi 20.01.2025) da var.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











