Azarkeşlər bazaya hücum etdi, Pato qaçdı
Bizi izləyin

İdman

Azarkeşlər bazaya hücum etdi, Pato qaçdı

Azarkeşlər bazaya hücum etdi, Pato qaçdı

Braziliyanın "Korintians" klubunda vəziyyət gərginləşib. Publika.az xəbər verir ki, ölkənin köklü klublarından olan San Paulo təmsilçisinin Paulista Liqasında uğursuz çıxışı azarkeşləri özündən çıxarıb.

Ardıcıl olaraq "Santos", "Ponte Preta" və "Braantino"ya məğlubiyyətlər fanatların səbr kasasını daşırıb. 100-ə yaxın tərəfdar komandanın bazasına hücum çəkib. Futbolçulara hücum edən, ətrafdakı hər şeyi dağıdan fanatları sakitləşdirmək mümkün olmayıb.

"Korintians"da vəziyyətin pisləşdiyini görən Aleksandro Pato dünən komandadan ayrılıb və şəhərin digər təmsilçisi "San Paulo" ilə müqavilə bağlayıb. Daha bir neçə futbolçunun oxşar addım atacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm