ÇL: Diqqətlər yenə "ölüm qrupu"nda
Bizi izləyin

İdman

ÇL: Diqqətlər yenə "ölüm qrupu"nda

Bu gün UEFA Çempionlar Liqasında 4-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları keçiriləcək.

Ən maraqlı oyunlar "ölüm qrupu" adlandırılan F qrupunda baş tutacaq. “Milan” PSJ-ni, Dortmund “Borussiya”sı isə “Nyukasl”ı qəbul edəcək.

Bundan başqa, G qrupunda "Mançester Siti" "Yanq Boyz"u, H qrupunda isə "Barselona" "Şaxtyor"u məğlub edərsə, pley-off ilk vəsiqənin sahibləri müəyyənləşəcək.

UEFA Çempionlar Liqası: qrup mərhələsi, 4-cü tur
7 noyabr

E qrupu
00:00 Latsio (İtaliya) – Feyenoord (Niderland)
00:00 Atletiko (İspaniya) – Seltik (Şotlandiya)
Xal durumu: Feyenoord – 6, Atletiko – 5, Latsio – 4, Seltik – 1.

F qrupu
21:45 Borussiya (Dortmund, Almaniya) – Nyukasl (İngiltərə)
00:00 Milan (İtaliya) – PSJ (Fransa)
Xal durumu: PSJ – 6, Borussiya D – 4, Nyukasl – 4, Milan – 2.

G qrupu
00:00 Mançester Siti (İngiltərə) – Yanq Boyz (İsveçrə)
00:00 Srvena Zvezda (Serbiya) – Leypsiq (Almaniya)
Xal durumu: Mançester Siti – 9, Leypsiq – 6, Yanq Boyz – 1, Srvena Zvezda – 1.

H qrupu
21:45 Şaxtyor (Ukrayna) – Barselona (İspaniya)
00:00 Portu (Portuqaliya) – Antverpen (Belçika)
Xal durumu: Barselona – 9, Portu – 6, Şaxtyor – 3, Antverpen – 0.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm