İdman
Dörd güləşçimiz dünya çempionu oldu - YENİLƏNDİ

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
Publika.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.
X X X
Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.

-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
-
MDB10:12
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?
-
Avropa09:30
Bu ölkənin prezidenti Parisdə yoxa çıxıb: Keçmiş nazir şok detalları açıqladı
-
Nəqliyyat08:36
Bakının bu yollarında tıxac var - Siyahı
-
ABŞ08:24
Ağ Evdə milyarderlər arasında gərginlik: Bir-birinin üstünə qışqırdılar