"Sumqayıt"ın ayağı sınan futbolçusundan yeni xəbər
Bizi izləyin

İdman

"Sumqayıt"ın ayağı sınan futbolçusundan yeni xəbər

"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.

Publika.az xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.

Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.

Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm